Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 21 min nəfəri keçdi

İranda koronavirusdan ölənlərin sayı 21 min nəfəri keçdi

Tarix: 26 Avqust 2020 14:04

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 020 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 243 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 365 606 nəfərə çatıb. Virus daşıyıcılarından 3 831 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 314 870 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,11 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı nəfəri keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ