Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov: Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyirik

Ceyhun Bayramov: Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyirik

Tarix: 26 Avqust 2020 15:22

Bakı. Trend:

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyir.

Trend-in məlumatına görə, bunu Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Cənubi Qafqaz regionu ilə sıx əlaqələri olan iri dövlətdir:

“Bununla əlaqədar, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyirik. Təəssüflə qeyd etmək istərdim ki, münaqişənin tənzimlənməsində irəliləyiş müşahidə olunmur. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir”.

Nazir əlavə edib ki, Ermənistan ATƏT-in himayəsində olan sülh prosesini pozmaqda davam edir:

“Ermənistanın destruktiv mövqeyi iyulun 12-16-da eskalasiyaya gətirib çıxardı. Münaqişənin tənzimlənməsində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykənir”.


Etiketlər:  Ceyhun Bayramov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal roluna xüsusi ümidlər bəsləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ