Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 15:28
Bakı. Samir Əli - Trend:
Azərbaycanda əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılmasına başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu məqsədlə dövlət fermerlərə güzəştlər təklif edilir:
"Hal-hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə suvarma sistemlərinin fermerlərə satış qiymətinə dövlət tərəfindən 40% güzəşt tətbiq edilir. 2019-2020-ci illərdə müasir suvarma sistemlərinin alınması üçün fermerlərə dövlət tərəfindən 30 milyon manata yaxın güzəşt məbləği ödənilib".