Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 20:00
Bakı. Trend:
Məşhur detektiv müəllifi Aqata Kristinin “On zənci balası” romanının adı Fransada dəyişdirilib.
Trend-in məlumatına görə, bunu yazıçının nəticəsi Ceyms Priçard deyib.
Qeyd olunur ki, əsər Fransada “Onlar on nəfər idi” adı altında dərc olunmağa başlayıb. Kitablar yeni adla artıq satışa çıxarılıb.
Romanın adının dəyişdirilməsi günün tələblərinə uyğun olaraq baş tutub.
Qeyd edək ki, əsərdə hadisələr adada cərəyan edir. Adada olan on nəfər qətlə yetirildikcə, on ədəd heykəlcik yoxa çıxır.