Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung smartfonları iPhone-nun faydalı funksiyalarından birini əldə ediblər

Samsung smartfonları iPhone-nun faydalı funksiyalarından birini əldə ediblər

Tarix: 27 Avqust 2020 08:08

Samsung şirkəti Galaxy smartfonlarının itirilməsi halında onların yerlərini təyin etməyə imkan verən Find My Mobile funksiyasını yeniləyib. Əvvəllər bu funksiyadan yalnız o halda istifadə etmək olurdu ki, itirilmiş smartfon ya mobil şəbəkəyə ya da Wi-Fi şəbəkəsinə qoşulsun. İndi isə itirilmiş Galaxy smartfonlarını iPhone modellərində olduğu kimi şəbəkəyə qoşulmadan tapmaq mümkün olacaq. Bu barədə Gizchina saytı xəbər verib. Bundan sonra itirilmiş smartfonu onun ətrafında olan digər bir Galaxy modelinin olması vasitəsilə də tapmaq mümkün olacaq.

Bu yeni funksiya smartfonun ayarlar menyusunda aktivləşdirilir. Beləliklə istifadəçi itirilmiş smartfonu Bluetooth vasitəsilə tapa bilər. Belə ki, bu halda itirilmiş smartfon yerləşdiyi yer barəsində məlumatı Bluetooth vasitəsilə ətrafındakı digər smartfonlara ötürəcək. Bununla yanaşı yenilənmiş Find My Mobile funksiyası vasitəsilə itirilmiş smart saatları və naqilsiz qulaqlıqları da tapmaq mümkündür.


Etiketlər:  Samsung smartfonları iPhone faydalı funksiyalarından birini əldə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ