Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 13:10
Aktrisa Zümrüd Qasımova atası ilə olan arxiv fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi atasından bəhs edərkən yaşadığı çətin uşaqlıqdan yazıb:
"Atamın cox ağır xəsiyyəti var idi. Atam evdə olanda ucadan danışmaq, gülmək olmazdı. Atam evdə mənlə danışmazdı. Ancaq çay istəyəndə çağırardi, ya da stəkanı nəlbəkiyə vurardı, bilirdim ki, çay istəyir. Hər zaman atamla danışmaq, gülmək, dərdləşmək istəyirdim. Bu ancaq arzular idi.
Mənim hər zaman "sevgiyə" ehtiyacım olub, lap uşaqlıqdan, özümü tanıyandan... Bəzən valideynlər fikirləşir ki, uşaqları yemək-içməklə təmin etməklə iş bitir. Amma hər şeydən öncə övladınıza sevginizi göstərin. Sevin, qucaqlayın, öpün. Qoy, sizin övladınız sevgisizliyi dadmasın. Sevgi ilə böyüyən uşaqlar az səhf edər, qəlbləri təmiz, rəhmli olarlar. Sevgi axtara-axtara səhf addımlar atmazlar. Hər zaman arzulamışam ki, atam məni sevdiyini desin və göstərsin. Bunu etmək üçün vaxtı çatmadı. Qızlarınıza sevginizi daha çox göstərin. Həyat onsuz da onlar ucun çətindir".