Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda bir gündə 117 nəfər koronavirusdan ölüb

İranda bir gündə 117 nəfər koronavirusdan ölüb

Tarix: 27 Avqust 2020 13:48

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 137 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 190 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 367 796 nəfərə çatıb. Virus daşıyıcılarından 3 822 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 316 638 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,13 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda gündə nəfər koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ