Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - VİDEO

Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - VİDEO

Tarix: 27 Avqust 2020 19:16

Artıq yay mövsümünün sonlarını yaşayırıq. Qarşıda bizi yağışlı payız, qarlı boranlı qış ayları gözləyir. Təbii ki, hər bir fəslin özünəməxsus gözəlliyi var. Lakin paytaxtın müəyyən əraziləri var ki, orada yaşayanlar üçün payız-qış ayları ən arzuolunmaz mövsümdür deyə bilərik.

Bəli, özlərinin dili ilə desək yaxın günlərdə, yağışların başlaması ilə onların da qara günləri başlayacaq.

Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Uzun illərdir ki, paytaxt ərazisində, eləcə də ətraf qəsəbə və kəndlərdə sakinlərin ən çox qarşılaşdığı problemlərdən biri yolla bağlıdır. Payız-qış mövsümü başlayan kimi vətəndaşların dərdi sanki üzə çıxır. Yağan aramsız yağışlar onların sağalmaz yarasını üzə çıxarır. Yollar keçilməz palçıq olur, böyüklər işə, uşaqlar məktəbə 2, bəzən 3 cüt ayaqqabı dəyişməklə gedib çıxırlar. Təbii ki, geniş bir layihə çərçivəsində Avtomobil yolları Dövlət Agentliyinin necə deyərlər, abıra saldığı, təmirini davam etdirdiyi və planda növbəsini gözləyən küçələr var. Lakin bu il də yağışlı, qarlı havalarda palçıqlı yoldan keçməyə məcbur olanlar olacaq. Binəqədinin Məmiş Abbasov kimi bir çox küçələrinin sakinləri də bu taleyi yaşayacaq.

Sakin: "Yağış yağanda palçıq olur, yağış olmayada da külək əsir toz olur".

Sakin: "Uşaqlarmız qışda məktəbə gedəndə ayaqları palçıq olur. Ayaqlarına sellofan keçirirlər".

Sakinlər deyirlər ki, ərazidə bütün yollar asfaltlanıb. Amma, onların yaşadıqları küçənin bəxti açılmır ki, açılmır.

Sakin: "2gün öncə yağış yağıdı, yollar bərbad hala düşdü".

Bu cür vəziyyət Bakının bir çox küçələrində hökm sürür. Dizə qədər palçıq olan yollarda işgəncə çəkən sakinlər özləri də çox zaman paytaxtda, yoxsa ucqar dağ kəndində yaşadıqlarını qarışdırırlar.  Belə vəziyyətdən hər gün məktəbə gedib-gələn uşaqların, azyaşlıların nə çəkdiyini təsəvvür etmək də çətin deyil. Göradil sakinləri kimi.

Sakin: "Gedin həyətimizdə də baxın görün nə haldadır. Balaca uşaqlar gölün içində üzürdülər".

Sakin: "Bələdiyyə yağış suyuna görə düzəltmişdi. O da sel çox oldu götürmədi".

Məsələ ilə bağlı aiddiyyatı quruma müraciət etdik. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, vətəndaşları narahat edən problem yaxın zamanda aradan qaldırılacaq.

Anar Nəcəfli - AAYDA-nın mətbuat xidmətinin rəhbəri: "Bununla bağlı agentlik tərəfindən tədbirlər planı hazırlanıb. Hər hansı bir qəsəbədə bir neçə küçə təmir olunub bir neçəsi qalıbsa, bu o demək deyil ki, həmin küçələr təmir olunmamış saxlanılacaq. Bizim tədbirlər planına uyğun olaraq Bakının 60 qəsəbəsi üzrə bütün küçələrin təmiri mərhələli şəkildə həyata keçirilir".

Qurum rəsmisi onu da bildirdi ki, Bakının 60-a yaxın küçələri bax bu vəziyyətdədir. Bu yolların təmir edilməsi və sakinlərin çətinlikdən çıxarılması prosesi 2023-cü ilə kimi davam edəcək. Amma bu cür yollarda yaşanan problemlərdə aidiyyatı qurum təkcə el dilində desək yol idarəsi deyil. Kanalizasiya xətlərinin olmaması, yaxud olmayan küçələrdə çəkilişi də yolları keçilməz edən səbəblərdəndi.

Bəli, Bakı böyüyür, əhali artır, yeni yaşayış massivləri salınır. Görünən odur ki, bu cür problemlər hər zaman olacaq. Yaşayış olan yerdə problemin olması normaldı. Amma aradan qaldırılmasına cəhd göstərilirsə.


Etiketlər:  Bakının qəsəbə yolları payız yağışına hazırdırmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ