Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 19:54
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Çox hörmətli Mehriban Arif qızı. İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Parlaq şəxsiyyət, qeyri-adi yaradıcılıq enerjisinə, iti zəkaya və intuisiyaya malik olan istedadlı siyasətçi, dünya səviyyəli ictimai xadim olaraq Sizin adınız doğma ölkənizə fədakarlıqla xidmətin rəmzi, fəaliyyətiniz isə dövlətçilik yolunda parlaq nailiyyətlərə nümunədir. Rusiya ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səyləriniz ən dərin hörmətə layiqdir.
Sizə səmimi qəlbdən böyük xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm. Qoy, Sizin evinizdə həmişə sülh və həmrəylik ab-havası duyulsun, bütün işləriniz uğurlu olsun".