Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir – EKSPERT

İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir – EKSPERT

Tarix: 27 Avqust 2020 20:32

Son günlərdə bir çox İnstaqram istifadəçisi hesablarına giriş edə bilmədiklərindən, hesab şifrələrinin xəbərsiz şəkildə dəyişilməsindən şikayətlənir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, telekommunikasiya mühəndisi Kamil Məmmədovun dediyinə görə, bu, istifadəçilərin hesab təhlükəsizliyinin aşağı səviyyədə olmasının nümunəsidir: "Təhlükəsizliyin aşağı səviyyədə olmasının ilkin səbəbi bütün sosial platforma hesablarına eyni şifrənin qoyulmasıdır. Sosial şəbəkə hesablarına 6-8 böyük və kiçik hərf, həmçinin rəqəmlərin qoyulması daha məqsədəuyğundur. Şifrələrə mobil telefon nömrəsi qoymaq, parolun keyfiyyət səviyyəsini aşağı edir".

Ekspertin sözlərinə görə, İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir: "Amma qeyd etdiyim qaydalara əməl etməklə, təhlükəsizliyi az da olsa təmin etmək mümkündür. Dünya statistikasına görə, hazırda ən təhlükəsiz sosial şəbəkə Feysbuk hesab olunur".


Etiketlər:  İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir EKSPERT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ