Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp dələduzluğunun sxemi açıqlandı — “Xoşbəxtlik gətirmə” mesajlarındakı linklər və ya fayllar...

WhatsApp dələduzluğunun sxemi açıqlandı — “Xoşbəxtlik gətirmə” mesajlarındakı linklər və ya fayllar...

Tarix: 27 Avqust 2020 23:56

"Təbrik edirik! Sizin nömrəniz 100 nömrədən biri seçilib", "Yalnız sizə özəl kampaniya", "Bu mesajı 10 nəfərə göndər", - söhbətin nədən getdiyini çox fikirləşmədən anlamaq olar. Bəzən təcrübəli istifadəçini belə "bəlkə də bəxtim gətirdi" deyərək düşündürən bu WhatsApp ismarıcları sizə hansı yollarla çatır? İlk baxışdan zərərsiz görünən sözlərin arxasında nələr dayanıb?

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə danışan kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalov bildirib ki, WhatsApp əslində, Email və digər yollarla həyata keçirilən dələduzluqlardan heç nə ilə fərqlənmir: "Whatsapp yalnız vasitədir. Bu dələduzluq növü fişinq adlanır. Fişinq reallaşdıqda kritik məlumatlar əldə olunur ya da müəyyən linklərin və faylların göndərilməsi ilə avadanlığa proqram təminatı quraşdırılır və müxtəlif məqsədlər üçün istifadə olunur. İnstənilən kommunikasiya vasitələrində eyni prinsiplər yer alır".

Ekspertin sözlərinə görə, həmin ismarıclar istifadəçi qrupundan asılı olaraq göndərilir, nömrələrdən ibarət xüsusi baza yığılır: "Fişinqin müxtəlif növləri var. O, konkret auditoriyaya yönələ bilər, məsələn, pensionerlər, mühasiblər, yaxud yüksək vəzifəli şəxslər və ya ümumi istifadəçilərin maraq dairəsinə uyğun material təyin olunur. Bunun üçün istənilən yerdən nömrə bazası əldə oluna, ya da random şəkildə nömrələrdən istifadə oluna bilər".

"İşin asan tərəfi ondadır ki, bu hallarda insanlar kontaktında olan nömrələrə həmin göndərişləri yollayırlar. Bununla da dələduzlara özləri bilmədən köməklik edirlər. Miqyaslar həndəsi silsilə ilə böyüyür. Tora düşməmək üçün diqqətli olmaq lazımdır. Reklam xarakterli və ya digər "xoşbəxtlik gətirmə" mesajlarındaki linkləri və ya faylları yükləməmək və heç kəsə yönləndirməməyi tövsiyə edirəm", - deyə mütəxəssis vurğulayıb.

Milli.Az


Etiketlər:  WhatsApp dələduzluğunun sxemi açıqlandı Xoşbəxtlik gətirmə mesajlarındakı linklər ya fayllar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ