Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 01:08
"Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şkupi” üzərində 2:1 hesablı qələbə haqda fikirlərini bildirib.
Qol.az klunun saytına istinadənə xəbər verir ki, ağ-qara formada ilk qolunu vuran Mərakeş əsilli belçikalı futbolçu gözəl hisslər keçirdiyini deyib:
"Çətin oyun idi, amma qələbə qazandığımız üçün gözəl hisslər keçirirəm. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Buna görə də qol vurub onların qapanmasının qarşısını almalı idik ki, bunu da bacardıq. Komandamıza inamım böyükdür. İnanın ki, əgər biz komanda şəklində oyuna tam köklənsək, rəqibin kimliyindən asılı olmayaraq qalib gələrik”.