Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan yüzlərlə erməni ailəsini öldürtmək istəyir - PLAN DƏYİŞDİ

Paşinyan yüzlərlə erməni ailəsini öldürtmək istəyir - PLAN DƏYİŞDİ

Tarix: 28 Avqust 2020 11:12

Avqustun əvvəlində Livanın paytaxtı Beyrutda baş verən partlayış Ermənistan hakimiyyətinin planına yaradı. Nikol Paşinyan hakimiyyəti Livanın ağır günündən öz məkrli planlarını davam etdirmək üçün istifadə etməkdən çəkinmədi. 

Rejim Beyrutdakı acınacaqlı vəziyyəti əsas gətirərək Livan ermənilərinin Dağlıq Qarabağa köçürülmə prosesini sürətləndirməyə başlayıb.

Keçi can hayında, qəssab piy axtarır

Partlayışdan bir neçə gün sonra Ermənistanın baş nazirin müavini Tiqran Avinyan özünün rəsmi "Facebook" səhifəsində iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirildiyi barədə məlumat yaydı. Onun sözlərinə görə, sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfər olub. Bir sıra erməni ekspertləri bunun perspektivsiz addım olduğunu vurğulayırlar. Buna səbəb kimi Livan ermənilərinin Qarabağa köçürülməsini, lakin sonradan geri qayıtması nümunə göstərilir.

Nə kütləvi köç bununla bitdi, nə də ermənilərin məskunlaşdırıldığı torpaqlar erməni torpağıdır.

Köçürmə siyasətinin istiqaməti Azərbaycanın işğal edilmiş tarixi torpaqlarıdır. Hətta məlumatlara görə, Livanda Ermənistan hökuməti tərəfindən xüsusi ofislər yaradılıb. İrəvanda Ermənistana və Dağlıq Qarabağa köçmək istəyən ermənilərə çox qısa müddətdə şəxsiyyət vəsiqəsi, pasport və vətəndaşlıq, eyni zamanda sığınacaq verilməsinə dair sənədlər verilir. Ermənistan parlamenti həmin pasportlar üçün dövlət rüsumunu azad edən xüsusi qanun qəbul edib. Ermənistan hökuməti onları "qaçqın" deyil, "öz tarixi vətənlərinə geri dönən diaspora nümayəndələri" adlandırır. Bu, yəhudilərin İsrailə qayıtmasının təşkilinə bənzər prosesdir. 

Bəs rəsmi İrəvanın pandemiya dövründə ölkənin koronavirus qarşısında aciz duruma düşdüyü bir vaxtda, Azərbaycanla Tovuz döyüşləri zamanı aldıqları ağır zərbələrin təsirindən ayılmamış bu köç siyasətini həyata keçirmək səbəbi nədir?

Ermənistan hər vəchlə Azərbaycanı dünyaya işğalçı, zorakı bir dövlət kimi təqdim etməyə çalışır. Bunun üçün son zamanlar istər Paşinyan hakimiyyəti, istərsə də diasporasının "fəaliyyəti" hər kəsə bəllidir. Livandan Dağlıq Qarabağa köçürülən ermənilərin orada məskunlaşdırılmaqda əsas səbəblərindən biri də Azərbaycanın əlini-qoluni bağlamaqdır. 

Bir güllə ilə iki hədəf alan Paşinyan

Paşinyan planın birinci hissəsində Azərbaycan hərbçilərinin ermənilərin təxribatının qarşısını alarkən endirəcəyi zərbələrin cəbhə kəndlərinə köçürülən ermənilərin ölümünə səbəb olacağını hesablayır.

O, Tovuz hadisələrindən sonra istər döyüş meydanında, istərsə dünya siyasi arenasında Azərbaycana məğlubiyyətlərini həzm edə bilmir. Görünür ki, o, bunun qisasını yüzlərlə dinc erməninin ölümü bahasına almaq niyyətindədir. Bu yolla da rejim xalqın ona qarşı itən etimadını beynəlxalq təşkilatları, həmsədrləri və müttəfiqlərini Azərbaycana qarşı qaldırmaqla yenidən qazanmaq niyyətindədir. Ermənistan ermənilərinin Qarabağ ermənilərinə "şurtuvat" deməsi, yəni çevrilmiş erməni, millət içində millətçiliyi inkişaf etdirən Paşinyan rejiminin planının bir hissəsidir. Digər ölkələrdən gələn ermənilər heç cür orada yaşaya bilmirlər. Bütün bunları nəzərə alanda, daxildəki proseslərdən hali olan baş nazirin ona oynamayan köçkün soydaşlarını alət etmək istəyi real görünür.

Planın II hissəsi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, Suriya münaqişəsi başlayandan bəri bu ölkədən Ermənistana 15 min erməni köçüb. Ermənilərin Suriyadan Ermənistana axını 2012-ci ildə başlanıb. Həmin vaxt 6,5 min erməni gəlib. 2013-cü ildə - 11 min, 2015-ci ildə - 15 min erməninin köçdüyü məlumdur. Ermənistan cəbhə xəttini canlı qüvvə ilə təmin etmək iqtidarında olmadığından səngərlərdə muzdla kasıb təbəqədən olan cəbhəyanı ərazilərin sakinlərinin yerləşdirilməsi təcrübəsi geniş yayılıb. Lakin yerli ermənilər kifayət qədər təhlükəli olan bu işdən imtina etdikləri üçün Suriya və Livandan köçürülən ermənilərin həmin sahəyə cəlb edilməsi istisna edilmir. Livan ermənilərinin aylıq gəlirlərindən narazı olması, habelə qida çatışmazlığından şikayət etmələri onların məcburiyyətdən səngərlərdə Azərbaycana silah tutmaları hallarının artıracağını istisna etmir.

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribatı Paşinyanın itmiş etibarını yüzlərlə erməni ailəsini qırğına verməklə bərpa cəhdlərindən biri idi. Aldadıldıqlarını anlayan Suriya, Livan erməni ailələri hakimiyyətdən ən narazı kütləyə çevrildiyindən Böyük Vətən Müharibəsi zamanı babası faşistlərə xidmət edən Nikol Paşinyanın planlarını dəyişməsi iddialarını artırır. 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Paşinyan yüzlərlə erməni ailəsini öldürtmək istəyir PLAN DƏYİŞDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ