Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 13:56
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә 112 nәfәrin koronavirusdan (COVID19) ölmәsi öz tәsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 21 249 nәfәrә çatıb.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 115 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 369 911 nәfәrә yüksәlib. Onlardan 3 811 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi İranda 318 270 nәfәrin koronavirusdan sağaldığını deyib. Sadat Lari bildirib ki, Tehran, Qum, Mazandaran, Şәrqi Azәrbaycan, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Zәncan, Şimali Xorasan, Simnan, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.
İranda indiyәdәk 3,16 milyondan çox diaqnoz testi hәyata keçirilib.