Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki boksçumuz yarımfinalda - "Minsk-2019"

İki boksçumuz yarımfinalda -

Tarix: 26 Iyun 2019 23:08

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarında 1/4 final döyüşləri davam edir.

Qol.az xəbər verir ki,  üç boksçumuz yarımfinal üçün döyüşə çıxıb.

Alfonso Dominqes (81 kq) isə Ziyad Əl-Mohorla (Belçika) qarşılaşıb. Qələbə qazanan idmançımız yarımfinalda  Simone Fiori (İtaliya) ilə üz-üzə gələcək.

Cavid Çələbiyev (60 kq) erməni əsilli gürcü boksçu Otar Eranosyana qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da yarımfinal üçün döyüşə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behramini sınağa çəkib. O, rəqibinə 5:0 hesabı ilə qalib gələrək, 1/2 finalda iştirak hüququ qazanıb.2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan təmsilçimiz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək.

 


Etiketlər:  İki boksçumuz yarımfinalda Minsk 2019


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ