Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 22:50
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 904 506 test aparılıb. Aktiv xəstə sayı 1 998 nəfərdir, onlardan 141 nəfər reanimasiyadadır, 16 nəfər isə süni tənəffüs aparatına qoşulub.