Tarix: 29 Avqust 2020 11:28
“Mançester Siti”nin futbolçusu Kevin de Brüynenin meneceri Patrik de Koster Belçikada həbs olunub.Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ona qarşı cinayət işinin açılmasının təşəbbüskarı məhz 29 yaşlı futbolçu olub. Menecer ötən il çirkli pulların yuyulması üzrə başlanan istintaq çərçivəsində bu ay tutulub.
Məlumata görə, Brüyne 2013-2014-cü illərdə “Volfsburq”da çıxış etdiyi vaxt baş verən maliyyə problemləri ilə əlaqədar menecerini günahkar hesab edir. Bildirilir ki, o, futboçunun vergi ödəmələrini qanuni qaydada yerinə yetirməyib.