Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 12:50
Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, Almaniyanın "Lufthansa" şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə görə, digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır".