Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 22:40
"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Partizani" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, Albaniya klubu Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Komanda bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya məğlub olmuşdu - 1:5.
Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.