Tarix: 30 Avqust 2020 16:22
“Barselona” futbolçusu Luis Suareslə yolları ayıracağı təqdirdə ona 14 milyon avro ödəməli olacaq.Qol.az xəbər verir ki., yeni baş məşqçi Ronald Kuman 32 yaşlı hücumçunu komandanın heyətində saxlamağı düşünmür. Uruqvaylı oyunçu isə Kataloniya klubu müqaviləyə xitam verənədək məşqlərə qatılmaq niyyətindədir.
Müqaviləyə görə, “Barselona” Suareslə sözləşməyə xitam vermək üçün oyunçuya 14 milyon avro ödəməlidir. Belə olan halda o, azad agent kimi komandanı tərk edə bilər.
Bundan əvvəl L.Suareslə “Atletiko” və “Ayaks”ın yaxından maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, L.Suares 2014-cü ildən “Barelona”da çıxış edir. O, geridə qalan mövsüm 36 matçda 21 qol vurub və 10 qolun öürməsini verib.