Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2020 21:46
Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin "Aşura" mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriiblər.
DIN Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur.