Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xızıda "Aşura" mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olunublar

Xızıda

Tarix: 30 Avqust 2020 22:44

Xızı rayonunda "Aşura" mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şurabad qəsəbəsi ərazisindəki məscidinin qarşısında "Aşura" mərasimi keçirmək istəyən şəxsləri saxlayıblar.

Polis əməkdaşları tərəfindən mövcud karantin qaydaları pozaraq mərasim keçirmək istəyən 4 nəfər qəsəbə sakini saxlanılaraq şöbəyə gətirilib, burada onlar barəsində qanunauyğun tədbirlər görülüb və hər biri 200 manat miqdarında cərimə ediliblər.

Milli.Az


Etiketlər:  Xızıda Aşura mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olunublar


RƏYLƏR