Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2020 23:12
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 30-na olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 137 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 917 027 test aparılıb. Aktiv xəstə sayı 2 075 nəfərdir, onlardan 138 nəfər reanimasiyadadır, 14 nəfər isə süni tənəffüs aparatına qoşulub.