Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 07:20
Bakı. Trend:
Vyetnam bundan sonra da Rusiyadan silah almağa davam edəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Armiya-2019" Beynəlxalq Hərbi-Texniki Forumda Vyetnamın milli müdafiə nazirinin müavini Be Suan Çıonq deyib.
S.Çıonq bildirib: "Bu silahlar çox müasirdir. Silahlar bizim və digər müştərilərin xoşuna gəlir və bu, Rusiyanın hərbi kopleksinin qabiliyyətini təsdiqləyir. Bizim ölkənin silahları və texnikası əsasən Sovet İttifaqı və Rusiyadandır və gələcəkdə də biz sizdən silah alacağıq. Çünki sizin silahlar çox yaxşıdır və bizə bir neçə müharibədə qalib gəlməyə imkan verib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin