Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı

Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı

Tarix: 31 Avqust 2020 10:55

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib.

Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlanan Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıya "Evdəkilərə salam" verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.

Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.

Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev "Xəzər"də tamaşaçı qarşısına çıxacaq.

Milli.Az


Etiketlər:  Daha aparıcı Xəzərdən kənarlaşdırıldı


RƏYLƏR