Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputat: Bir qrup erməni ailəsinin Livandan Dağlıq Qarabağa köçürülməsinin müzakirəsi çox təhlükəli və beynəlxalq hüquqa ziddir

Deputat: Bir qrup erməni ailəsinin Livandan Dağlıq Qarabağa köçürülməsinin müzakirəsi çox təhlükəli və beynəlxalq hüquqa ziddir

Tarix: 31 Avqust 2020 19:30

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib. Bu, çox təhlükəli tendensiyadır və beynəlxalq hüquqa ziddir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu, hər şeydən öncə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir: "Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaqdır və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcəkdir. Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terroristlər ola bilər. Çünki Livan daim terroristlərin məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıbdır. Hazırda da bu klassik ənənə davam etməkdədir. Ona görə də əslində burada iki məsələyə xüsusi diqqət ayrılmalıdır - biri qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi".

H.Babaoğlu vurğulayıb ki, bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər: "Və əgər regionda doğurdan da gərginliyin daha da artmasını istəmirlərsə, doğurdan da problemi sülh yolu ilə həll etmək istəyirlərsə, bu cür addımların qarşısını almalıdırlar. İşğalçı ölkəyə təziq etməlidirlər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq".

Milli.Az


Etiketlər:  Deputat Bir qrup erməni ailəsinin Livandan Dağlıq Qarabağa köçürülməsinin müzakirəsi çox təhlükəli beynəlxalq hüquqa ziddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ