Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 07:08
Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro 100-dən çox müxalif siyasətçinin əfv fərmanların imzalayıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya naziri Xorxe Rodriges bildirib.
"Fərmanın birinci bəndində deyilir: Aşağıdakı şəxslərə prezident əfvi verilsin ", - nazir "Venezolana de Television" kanalında deyib. Siyahıya istintaq altında olsalar da, qarşılarına qoyulan cinayətlərdə təqsirli bilinməyən müxalif millət vəkilləri Freddi Gevara və Henri Ramos Allupda daxil ediliblər.