Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu avtomobil yolunun tikintisinə 22 milyon manat ayrıldı - SƏRƏNCAM

Bu avtomobil yolunun tikintisinə 22 milyon manat ayrıldı - SƏRƏNCAM

Tarix: 1 Sentyabr 2020 11:48

Prezident İlham Əliyev Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  avtomobil yolunun tikintisinə milyon manat ayrıldı SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ