Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Boş ifadələrlə çıxış edən həmsədrlərin diqqətini bu məsələyə yönəltməliyik''

''Boş ifadələrlə çıxış edən həmsədrlərin diqqətini bu məsələyə yönəltməliyik''

Tarix: 1 Sentyabr 2020 12:36

Bu, nəinki Azərbaycana qarşı, ümumiyyətlə, dünya birliyinə qarşı bir təpkidir, əsl təxribatdır.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fikrət Sadıxov Ermənistan tərəfinin işğal altında olan Azərbaycan ərazilərində növbəti qeyri-qanuni məskunlaşdırma tədbirlərini şərh edərkən deyib.

O bildirib ki, boş ifadələrlə çıxış edən həmsədrlərin diqqətini bura yönəltməliyik:

"Biz bu məsələdən yan keçməməliyik. Bir neçə erməni ailələri artıq Dağlıq Qarabağa gəlib. İrəvanın və Dağlıq Qarabağ separatçılarının onları işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırmaq planları var. Bununla bağlı Azərbaycan müəyyən tədbirlər görməlidir. Düşünürəm ki, həm diplomatik, həm siyasi müstəvidə tədbirlər görüləcək də. Çünki bu məsələni beynəlxalq təşkilatların müzakirə predmetinə çevirməliyik, boş ifadələrlə çıxış edən həmsədrlərin diqqətini bura yönəltməliyik. Onlar aparıcı dövlətlərin nümayəndələridir. Həmsədirlər buna mövqe bildirməlidirlər. Mövqe, sadəcə olaraq, zəif bir üsuldur. Bu məsələylə bağlı konkret olaraq onlar tərəfindən Ermənistana təzyiq göstərilməlidir". 

Politoloq qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarına köçürülən erməni ailələrinin orada yaşayacaqlarını düşünmür:

"Məsələnin digər tərəfi də ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan torpaqlarında, mən təsəvvür edə bilmirəm, köçürülən erməni ailələri necə yaşayacaqlar?! Çünki orada infrastruktur dağıdılmış bir vəziyyətdədir. İş yerləri olmalıdır, müəssisələr işləməlidir, məktəblər olmalıdır, səhiyyə müəssisələri olmalıdır və s. Əgər ailələr Yaxın Şərqdən gəlirsə ora, onlar uşaqları ilə gəlir. Yəni, burada bir sıra məsələlər meydana çıxır. Ermənilərin köç siyasəti şou xarakteri daşımaqla yanaşı, Ermənistan tərəfindən yaxın gələcəkdə müəyyən dərəcədə iflasa uğrayacaq bir addımdır. Çünki orada uzun müddət yaşamaq mümkün olmayacaq və Ermənistanın nə maliyyə resurusları var, nə də təbii resurusları. Onları saxlamaq lazımdır. Onlar orada yaşayıb nəsə etməlidirlər, qazanc yerləri olmalıdır. Bu, necə baş tutacaq təsəvvür etmək mümkün deyil. Ona görə belə bir qənaətə gəlirəm ki, belə bir təbliğat istiqaməti sona yetən kimi bir çoxları oranı tərk edəcəklər".

Təhməz Əsədov


Etiketlər:  Boş ifadələrlə çıxış edən həmsədrlərin diqqətini məsələyə yönəltməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ