Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 13:50
Xəbər verdiyimiz kimi, Əməkdar artist Manana 5 aydan sonra Gürcüstanda olan övladlarının yanına gedib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni oğluna ad günü edib. Sənətçi 6 yaşı tamam olan David üçün Gürcüstandakı evində qonaqlıq təşkil edib.
Partidən görüntünü sosial şəbəkədə yayımlayan Manana "Dəyərli və sevimli dostlarım, gözəl insanlar, sizi ürəkdən salamlayıram. Oğlumun ad gününü qeyd etdik. Möcüzə hədiyyə üçün Allaha şükür. Doğum günün mübarək olsun balam, sənə əbədi xoşbəxtlik diləyirik. Biz səni çox sevirik" sözlərini qeyd edib.