Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 19:06
"Ümid edirəm ki, "Qarabağ"la oyun neytral meydanda keçiriləcək. "Onda biz bərabər şərtlərdə olardıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"nin (Norveç) baş məşqçisi Erlinq Moe deyib.
O, yerli mətbuata açıqlamasında "Qarabağ"la Bakıda oynamağın rəqib üçün üstünlük olacağını bildirib və görüşün yerinin dəyişdiriləcəyini gözlədiyini vurğulayıb: "Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdür".
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət edib.