Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 21:56
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 1-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 597 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 928 666 test aparılıb. Aktiv xəstə sayı 2 065 nəfərdir, onlardan 137 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.