Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 14:02
AFFA milllinin yeni mövsüm üçün şüarını açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Azərbaycan milli komandası UEFA Millətlər Liqasında yeni mövsümə yeni baş məşqçinin - Canni De Byazinin rəhbərliyi ilə start verəcək. COVİD-19 pandemiyası ilə əlaqədar stadionlarda da yeni qaydalar tətbiq olunacaq, oyunlar azarkeşsiz keçiriləcək. Azarkeşlərin fiziki olaraq tribunalarda ola bilməyəcəyini nəzərə alaraq, AFFA onların mənəvi dəstəyini hiss etdirmək üçün millimizin yeni mövsümündə köhnə-yeni şüardan istifadə edəcək:
BİZ BİRLİKDƏ GÜCLÜYÜK!