Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 16:04
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 01 sentyabr 2020-ci il tarixinə olan gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan Sonxeber.net-a bildirilib ki, AÇG yatağından 01.01.2020 - 01.09.2020 tarixində 2 657 mln. ABŞ dolları gəlir əldə olunub.
Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2020 - 01.09.2020 tarixində 232 mln. ABŞ dolları gəlir olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2020 - 01.09.2020 tarixinə) 166 mln. ABŞ dolları təşkil edib.