Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 18:32
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 1-də 45,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,31 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.