Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 04:48
Bakı. Trend:
Kamerunda bomba partlaması nəticəsində ən azı 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi bildirib.
Məlumata əsasən, qurğu qaçqınlar düşərğəsində terrorçu-intiharçı tərəfindən işə salınıb.
Hücum 1 sentyabrda hazırda 18 min insanın yerləşdiyi Qoldavidəki qaçqınlar düşərgəsində baş verdi.
Bu, son bir ayda Kamerunun şimalındakı qaçqınlara edilən ikinci hücumdur.