Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz Rusiya və Yunanıstana olan siyasətimizi Türkiyəyə yürüdə bilmərik''

''Biz Rusiya və Yunanıstana olan siyasətimizi Türkiyəyə yürüdə bilmərik''

Tarix: 3 Sentyabr 2020 12:36

Rəsmi Bakı artıq xarici siyasətini ciddi sürətdə korrektə edir. 

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsinin qəbulu zamanı söylədiyi nitqləri şərh edərkən deyib.

Politoloq Prezident İlham Əliyevin Yunanıstanın siyasətini bəyənmədiyini açıq bildirdiyini deyib:

"Mən elə o zaman da deyirdim ki, bu siyasəti yürütmək kiçik dövlət üçün çətindir. Onu da nəzərə almaq lazımdır ki, region problemlərlə zəngindir. Artıq görünür ki, Rəsmi Bakı siyasətini korrektə edir. Dövlət başçısının Yunanıstanın yeni təyin olunan səfirinə dediyi sözlər də bundan xəbər verir. Təsəvvür edin, Azərbaycan dövlət başçısı Putinlə danışıb, rusiyalı həmkarına narahatlığını bildirir ki, Rusiyadan Ermənistana 400 ton yük daşınıb.

Bu telefon danışığından sonra da bu yüklər yenə də daşınır. Dövlət başçısı Yunanıstan səfirinə bir daha bunu xatırladıb. O ki, qaldı Yunanıstanla münasibətlərə, Prezident İlham Əliyev yenə də fikirlərini açıq ifadə etdi. Dedi "Bizim seçimimiz Türkiyə ilə hərbi və siyasi ittifaqdır" və Yunanıstanın siyasətini bəyənmədiyini açıq bildirdi. Bunu konkret faktlarla göstərdi ki, Yunanıstan Ermənistanla birgə hərbi bloq formalaşdırır".

Elxan Şahinoğlu qeyd edib ki, biz Rusiya və Yunanıstana qarşı Türkiyə ilə eyni siyasəti yürüdə bilmərik:

"Yunanıstan şirkəti vəd etmişdi ki, səhmləri SOCAR-a satacaq, Yunanıstan höküməti buna mane oldu. Və ən əsası, üçüncüsü, Yunanıstanın Şərqi Aralıq dənizindəki siyasətini Rəsmi Bakının tənqid etdiyini açıq göstərdi və bunu dövlət başçısı da dilə gətirdi. Bu, artıq seçimdir və doğru seçimdir.

Biz seçim etməliyik, çünki əgər Rusiya bizim torpaqları işğal edən dövlətə hərbi yüklər göndərməkdə davam edəcəksə, Yunanıstan da bu işğalçı dövlətlə siyasi və hərbi bloq formalaşdıracaqsa, biz Rusiya və Yunanıstana olan siyasətimizi Türkiyəyə yürüdə bilmərik. Seçim etməliyik, seçimimiz Türkiyədir. Düşünürəm ki, İlham Əliyevin Yunanıstan səfirinə dedikləri kifayət qədər ciddi mesajlar idi və bu mesajlar yəqin Yunanıstan hökümətinə çatdırılacaq. Hesab etmirəm ki, Yunanıstan höküməti siyasətini korrektə edə. Amma bu, onların öz seçimidr. Biz də artıq öz seçimimizi etdik".

Təhməz Əsədov


Etiketlər:  Rusiya Yunanıstana olan siyasətimizi Türkiyəyə yürüdə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ