Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 14:04
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 1 994 nəfərin koronavirusa (COVID 19) yoluxması ilə İranda bu virusa yoluxanların sayı 380 746 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 702 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 129 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 21 926 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 328 595 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,3 milyondan çox diaqnoz testi həyata keçirilib.