Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 17:44
"Forbes" jurnalı dünyanın ən çox qazanan məşhur şəxslərin siyahısını hazırlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk "10-luq"da 5 idmançı yer alıb. Dünyanın ən zəngin məşhurlarının siyahısına repçi və musiqi prodüseri Kanye Uest başçılıq edir. Onun illik gəliri 170 milyon dollardır. İsveçrə tennisçisi Rocer Federer 106,3 milyon dollarla 2-ci olub. "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (105 milyon dollar) 3-cü, "Barselona"nın kapitanı Lionel Messi (104 milyon dollar) 4-cü pillədə qərarlaşıb.
5-ci yerdə aktyor və rejissor Tayler Perriyə (97 milyon) məxsusdur. Növbəti yerlərdə PSJ-nin hücumçusu Neymar (95.5 milyon), şoumen Hovard Stern (90 milyon), "Leykers"in lideri, NBA ulduzu Lebron Ceyms (88.2 milyon), aktyor Dueyn Conson (87.5 milyon) qərarlaşıb. İlk 10-luğu ictimai xadim və siyasi şərhçi Raş Limbo (85 milyon) bağlayır.