Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DOST mərkəzlərində avqust ayı ərzində 26 154 vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində avqust ayı ərzində 26 154 vətəndaşa xidmət göstərilib

Tarix: 3 Sentyabr 2020 19:00

Bakı. Trend:

DOST mərkəzlərində avqust ayı ərzində 26 154 vətəndaşa xidmət göstərilib.

Agentlikdən Trend-ə bildiirlib ki, müraciətlərin 19 232-si sosial müdafiə, 4636-sı müavinət, 1759-u sosial xidmət, 1254-ü əlillik və 977-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi ilə bağlı olub. Bu müddət ərzində Mərkəzlərdə 2921 sorğu üzrə elektron ünvanlar vasitəsilə müavinət, pensiya təqaüd və məşğulluğa dair vətəndaş müraciəti cavablandırılıb. Sosial xidmət göstərilmiş vətəndaş sayı isə 1759-dur.

Həmçinin, son bir ay ərzində Çağrı Mərkəzi 142-yə daxil olmuş 43 325 zəngdən 42 156-sı cavablandırılıb.

Avqust ayında vətəndaşların DOST mərkəzlərindəki xidmətlərdən məmnunluq səviyyəsi 96.75% təşkil edib.


Etiketlər:  DOST mərkəzlərində avqust ayı ərzində vətəndaşa xidmət göstərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ