Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 17:20
"Krılya Sovetov"dan ayrılan Aleksandr Səmədov futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçi "Ufa"dan təklif almasına baxmayaraq, böyük ehtimalla, karyerasını bitirəcək.
Qeyd edək ki, "Krılya Sovetov" A.Səmədovla müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib. O, bu ilin yanvarında "Spartak"dan azad agent kimi sözügedən kluba keçmişdi. 34 yaşlı futbolçu "Krılya Sovetov"da 9 matçda iştirak edib. Moskva "Spartak"ının yetirməsi olan Səmədov "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.
O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub. Səmədov DÇ-2018-də komandasının 5 matçında da meydana çıxıb.