Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 13:55
"Eurovision 2021"də Azərbaycanı təmsil edəcək Samirə Əfəndi yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni çimərlik geyimində obyektiv qarşısına keçib. İstanbulda olan Samirə yaxtada dincəlib.
İfaçı paylaşımına "Dənizi, dəniz havasını sevirəm. Dəniz ruhu təmizləyə bilər. Amma onun da təmizləyə bilmədiyi ruhlar var" sözlərini yazıb.
Qeyd edək ki, Azərbaycanı "Eurovision"da təmsil edən ifaçıların əksəriyyəti hər zaman çimərlik geyimində fotoları ilə gündəmə gəlib. Onlar arasında Səmra Rəhimli, Dilarə Kazımova və başqaları yer alıblar.