Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 22 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 22 mini keçib

Tarix: 4 Sentyabr 2020 14:48

Bakı. Elnur Bağışov-Trend:

İranda ötən sutka ərzində 118 nəfər koronavirusdan (COVID -19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 044 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 026 koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 382 772 nəfərə yüksəlib. Onlardan 3 695 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 330 338 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,33 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ