Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəyə ən böyük dəstəyi Prezident İlham Əliyev verdi - Türkiyəli politoloq

Türkiyəyə ən böyük dəstəyi Prezident İlham Əliyev verdi - Türkiyəli politoloq

Tarix: 4 Sentyabr 2020 16:48

Türkiyəyə ən böyük dəstəyi Azərbaycan Prezidenti İlham Əliyev verdi.

Sonxeber.net bildirir ki, bunu Trend-ə xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş katibi, Politoloq və Tədqiqatçı yazar Ərdəm Ərən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən mövqeyini qəti şəkildə ortaya qoyması Türkiyəyə ən böyük dəstəkdir.

"İki qardaş ölkə rəsmilər yaxşı bilirlər ki, Türkiyənin istər Şərqi Aralıq dənizində istərsə də Qara dənizdə kəşf etdiyi yeni enerji yataqları ilə Ankaranın əldə edəcəyi real siyasi və energetik imkanlar sadəcə Türkiyənin deyil, eyni zamanda Azərbaycanın da maraqlarına xidmət edəcək. Çünki güclü Türkiyə eyni zamanda güclü Azərbaycan deməkdir" - deyə, o bildirib.

Onun sözlərinə görə, bir millət iki dövlət düşüncəsinə uyğun olaraq, Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizində apardığı araşdırmalara dəstək olması heç şübhəsiz ki, Türkiyəyə güc verəcək.

"Türkiyənin sonsuza qədər Azərbaycanın yanından olacağına şübhəmiz olmadığı kimi, Azərbaycanın da sonsuza qədər Türkiyəynin yanında olacağına əsla şübhə yoxdur" - deyə, Ərdəm Ərən əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.

Trend-in məlumatına görə, Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, "Milliyet", "Hürriyet", "Sözcu", "Takvim", "Star" və digər qəzetlər "Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!", "Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik", "Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi", "Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik" və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.


Etiketlər:  Türkiyəyə böyük dəstəyi Prezident İlham Əliyev verdi Türkiyəli politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ