Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 17:15
Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə Madrid Prinsiplərindən imtina etdiklərini bəyan ediblər. Əslində bu, 26 ildir aparılan danışıqlar çərçivəsində son 10 ildə gedən müzakirələrin sonu deməkdir. Bu tendensiya 2019-cu ilin martından bəri davam edir. Əvəzində isə erməni milliyyətçiləri həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirəm "Sevr" prinsipini irəli sürürlər. Bu isə ekspansionist "böyük Ermənistan" layihəsinin irəliləyişi deməkdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O deyib: "Bu günlərdə Livan ermənilərinin Azərbaycanın işğal altındakı torpaqlarına yerləşdirilməsi və Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşının işğal olunmuş torpaqlarda "hərbi təlimlərə" qatılması danışıqların yenidən başlaması ehtimalının məhvi istiqamətində atılmış addımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri son proseslərlə bağlı öz mövqelərini birmənalı olaraq bəyan etməlidirlər.
Eyni zamanda, erməni milliyyətçiləri sərgilədikləri son hərbi duruşdan sevincli olsalar da, bu da aydındır ki, Ermənistanda qondarma "məxməri inqilab" artıq başa çatıb. Mən tək beynəlxalq yanaşma deyil, həm də yerli ab-havadan bəhs edirəm. İndiki Ermənistan hökuməti də əslində əvvəlki rejimin həm daxili, həm də xarici kursunu və mövcud müttəfiqliklərini təkrarlayır.