Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 18:05
Karantin başlayanda imkan daxilində əl tutdum. Niyə də olmasın? Çox insanlar oldu ki, kömək istədi. Sevmirəm bunları açıq danışmağı. Bilinməyəndə daha yaxşıdır, Allaha xoş gedir. Hədsiz kömək istəyənlər var, yazırlar. Axırda dedim ki, müğənniyəm, iş adamı deyiləm. Mənim də bir limitim var. İstəyərəm bütün dünyaya yardım edim, amma....
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Ulduzun vaxtı" proqramında deyib. Müğənni karantin günlərində etdiyi yardımlardan bəhs edib.
G.Əliyeva xəyanətdən söz açıb. O bildirib ki, qadın xəyanəti bağışlamalıdır:
"Xəyanət heç bir halda bağışlanmamalıdır. Qadın bilməsə, daha yaxşıdır. Heç bir insan müqəddəs deyil. Bəzən isə müqəddəs yalan danışırsan, kiminsə həyatını xilas edirsən. Xəyanəti heç bir halda bağışlamıram. Bu haqda eşitmək belə istəmirəm.
Ailə münasibətlərində isı güzəştsiz mümkün deyil. Hamımızın günahları, səhvləri var. Ola bilər sən onu bağışlayasan, amma qarşındakı olduğu yerini, dəyərini itirir. Qadın övladı üçün yoldaşının xəyanətini bağışlayır".