Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 21:22
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 048 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 949 313 test aparılıb. Aktiv xəstə sayı 2 069 nəfərdir, onlardan 135 nəfər reanimasiyadadır, 16 nəfər isə süni tənəffüs aparatına qoşulub.