Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 08:04
Azərbaycanda faydalı qazıntılar və tikinti minerallarının hasilatı sahəsində poblemlər var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.
Onun sözlərinə görə, mədən torpağının idarəçiliyində xeyli problemlər var: "Texnologiyaların köhnəliyi, müasir texnologiyaların olmaması kimi problermlər qalmaqdadır. Bu problemlərin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən təkmilləşdirmə işləri aparılır. Təkmilləşdirmədən sonra yaranan problemlər həllini tapa bilər".