Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 08:24
Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı avtomobil yolu keçən Bərdə rayonunda məskunlaşan Zəngilan rayon sakini, 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlunu vurub. Ağır yaralanan piyada Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.