Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 16:40
Son günlər sosial şəbəkədə bahalı geyimləri ilə gündəmdən düşməyən keçmiş model Diana Əhədpur bu dəfə Bodrumdakı partisi ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, əcnəbi iş adamı ilə ailəli olan Diana bütün yayı Bodrumdakı villasında keçirib. Bu günlərdə isə o, dostlarını evinə yığaraq parti keçirib.
Diana partiyə Bakıdan Əməkdar artist Mətanət İsgəndərlini gətizdirib. Gecədə müğənni qonaqlar üçün mahnılar oxuyub.
Qeyd edək ki, Diana bir vaxtlar model kimi fəaliyyət göstərirdi. O, əcnəbi iş adamı ilə ailə qurduqdan sonra Birləşmiş Ərəb Əmirliyinə köçüb.